Çempionlar Liqası: “Qarabağ” püşkü gözləyir

Xəbərlər
28 Avqust 2025 09:28
102
Çempionlar Liqası: “Qarabağ” püşkü gözləyir

Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın rəqibləri də müəyyənləşəcək.

IV səbətdə yer alan Qurban Qurbanovun komandası bu mərhələdə 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 matça çıxacaq.

Püşkatma mərasimi saat 20:00-da başlayacaq.

I səbət: PSJ (Fransa), “Real” (Madrid, İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya)

II səbət: “Arsenal” (İngiltərə), “Bayer” (Almaniya), “Atletiko” (İspaniya), “Benfika” (Portuqaliya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus” (İtaliya), “Ayntraxt” (Almaniya), “Brügge” (Belçika)

III səbət: “Tottenhem” (İngiltərə), “PSV Eyndhoven” (Niderland), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Bodo-Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Marsel” (Fransa)

IV səbət: “Kopenhagen” (Danimarka), “Monako” (Fransa), “Qalatasaray” (Türkiyə), “Yunion” (Belçika), “Atletik” (İspaniya), “Nyukasl” (İngiltərə), “QARABAĞ” (AZƏRBAYCAN), “Pafos” (Kipr), “Kayrat” (Qazaxıstan)

Qeyd edək ki, 36 klubun yarışacağı turnirin ilk turunun oyunları sentyabrın 16-17-də olacaq.

İdman.biz