UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun III mərhələsi - FOTO

27 Avqust 2025 11:36
257
UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun III mərhələsi - FOTO

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir.

İdman.biz xəbər verir ki, UEFA-dan təyin olunan qonaq Dani Rizer tərəfindən təşkil edilən kursda liderlik və məşq fəlsəfəsi mövzusunda müzakirələr aparılıb.

Dani Rizerlə yanaşı, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovun rəhbərliyi ilə təşkil olunan kursa avqustun 28-də yekun vurulacaq.

İdman.biz