"Flamenqo" son 41 ildə Braziliya çempionatında ən böyük qələbəni qazanıb

Xəbərlər
26 Avqust 2025 13:03
36
"Flamenqo" son 41 ildə Braziliya çempionatında ən böyük qələbəni qazanıb

"Flamenqo" Braziliya futbol çempionatının 21-ci turunda "Vitoriya"nı 8:0 hesabı ilə darmadağın edib.

İdman.biz xəbər verir ki, "Marakana" stadionunda keçirilən oyunda Pedro het-trik, Samuel Lino isə dubl edib.

Həmçinin Corcian de Arraskaeta, Luis Araujo və Bruno Enrike də hərəyə bir qol vurublar.

"Qarabağ"ın sabiq hücumçusu Olavio Juninyo isə "Flamenqo"nun oyun üçün iştirak ərizəsində yer almayıb.

8 top fərqi Braziliya çempionatında 1984-cü ildən bəri ən böyük hesablı qələbə olub və ümumilikdə tarixdəki ən böyük hesablı qələbələr siyahısında üçüncü yeri tutur: 1983-cü ildə "Korintians" "Tiradentes"i 10:1, bir il sonra isə "Vasko da Qama" "Tuna Luzo"nu 9:0 hesabı ilə məğlub edib.

Bu nəticə "Flamenqo" üçün isə Braziliya çempionatlarındakı ən böyük hesablı qələbənin təkrarı olub: komanda 1981-ci ildə də "Fortaleza"nı eyni 8:0 hesabı ilə məğlub etmişdi.

"Flamenqo" hazırda Braziliya A Seriyasının turnir cədvəlində 46 xalla liderlik edir. "Vitoriya" isə 19 xalla 17-ci yerdədir və aşağı liqaya düşmə zonasında qərarlaşıb.

İdman.biz

Məqalədə: