Ovusu Kvabena "Qarabağ"a qayıtmaq istəməyib

Xəbərlər
24 Avqust 2025 16:36
39
Ovusu Kvabena "Qarabağ"a qayıtmaq istəməyib

"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabena karyerasına Türkiyədə davam etdirəcək.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Kayserispor"la danışıqlar aparır.

Superliqa təmsilçisi qanalı oyunçu ilə 3 illik müqavilə imzalayacaq.

Kvabena ötən mövsümün ikinci yarısını icarə əsasında "Ankaragücü" klubunda keçirib. O, 1-ci Liqada meydana çıxdığı 15 oyunda 9 qol vurub.

Qeyd edək ki, Ovusu Kvabena daha əvvəl "Qarabağ"la danışıqlar aparırdı. O, sabiq komandasına dönmək istəməyib.

İdman.biz