ABŞ-nin Pittsburq şəhəri (Pensilvaniya) yaxınlığında avtobus qəzası baş verib.
İdman.biz AP-a istinadən xəbər verir ki, hadisə nəticəsində Amerikanın gənclərdən ibarət futbol komandasının 21 futbolçusu müxtəlif dərəcəli xəsarət alıb.
Qəza yolun çətin keçilən hissəsində qeydə alınıb. Avtobusda Alikippa orta məktəbinin 25 futbolçusu ilə yanaşı, onları müşayiət edən 3 böyük də olub.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
İdman.biz