“Qalatasaray”ın ulduzu komandanın məşqlərinə qatılmır - SƏBƏB

Xəbərlər
22 Avqust 2025 16:07
39
“Qalatasaray”ın ulduzu komandanın məşqlərinə qatılmır - SƏBƏB

Ötən mövsüm "Qalatasaray"da gözəl oyunu ilə diqqət çəkən və bu performansını davam etdirən Barış Alper Yılmaz komandadan ayrılmaq istəyir.

İdman.biz xəbər verir ki, o, Səudiyyə Ərəbistanının "Neom SC" klubunun təklifini qəbul edib.

Son üç gündə komandası ilə məşqə qatılmayan futbolçu klub rəhbərliyinin ötən mövsüm verdiyi sözə əməl etməsini istəyir.
“Qalatasaray” rəhbərliyi 2024-25 mövsümündə Alperə söz verib ki, növbəti mövsüm təklif gəlsə, qəbul edəcəklər. Futbolçu ilə "Qalatasaray" arasında danışıqlar davam edir.

Qeyd edək ki, “Neom SC” rəsmiləri 25 yaşlı Alper üçün 30+5 milyon avro təklif ediblər. “Qalatasaray” bu təklifi rədd edərək, “Keçiörengücü”dən 20% pay da daxil olmaqla 60 milyon avro istəyib. Səudiyyə komandası isə Barış Alper Yılmaza 9 milyon avro xalis illik maaş vəd edib.

İdman.biz