Mahir Emreli "Elversberq"ə qarşı - hədəfdə növbəti qələbə və növbəti qol

Xəbərlər
22 Avqust 2025 14:10
49
Mahir Emreli "Elversberq"ə qarşı - hədəfdə növbəti qələbə və növbəti qol

"Kayzerslautern" II Bundesliqanın üçüncü turu çərçivəsində bu gün "Elversberq"in qonağı olacaq.

İdman.biz xəbər verir ki, Mahir Emrelinin də qonaqların start heyətində meydana çıxacağı gözlənilir.

Azərbaycan millisinin forvardı II Bundesliqada ilk iki turda qol hesabını açmasa da, Almaniya kuboku çərçivəsində son oyunda fərqlənə bilib. Aşağı liqa təmsilçisi "Ayntraxt 1949"la həmin matçı da nəzərə almaqla, "Kayzerslautern" son iki qarşılaşmada qələbə qazanıb.

Rəqiblərin şəxsi görüşlərinə gəlincə, son iki oyunda "Elversberq" qalib gəlib, bir matç isə heç-heçə başa çatıb.

Qeyd edək ki, "Elversberq" - "Kayzerslautern" matçı Bakı vaxtilə saat 20:30-da başlayacaq.

İdman.biz

Məqalədə: