"İki xarici komandadan cavab gözləyirdim. Onlardan biri də"Traktor" idi. Danışıqlar müsbət yöndə gedirdi. Son anda başqa bir səbəbə görə alınmadı".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Rəşad Əzizli deyib.
Təcrübəli "çərçivə qoruyucusu" yeni komandası "Səbail"ə keçidi haqda da danışıb: "Premyer Liqa təmsilçilərinin hamısı yeni mövsümə hazırlığa başlamışdı. "Səbail"dən təklif gəldi, düşündüm ki, Birinci Liqa olsa belə, şərait və işə yanaşma baxımından elitadan seçilmir. Burada qarşıya qoyulan məqsədə çatmaq üçün heyət və şərait var. Yeni mövsümdə komandanın hədəfi çempion olub elitaya dönməkdir. Düşərgədə yer alan futbolçuların hamısı bunu dərk edir. Rəhbərlik komandaya istənilən şəraiti yaradıb. Problemimiz yoxdur, hazırlıq plan üzrə davam edir".
Qeyd edək ki, "Səbail" yeni mövsümdə I Liqada mübarizə aparacaq.
İdman.biz