“Qarabağ” “Neftçi”ni keçərək yeni rekorda imza atıb

Xəbərlər
20 Avqust 2025 09:37
64
“Qarabağ” “Neftçi”ni keçərək yeni rekorda imza atıb

“Qarabağ” Azərbaycan futbolunda yeni rekorda imza atıb.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, “köhlən atlar” avrokuboklarda ardıcıl 5 qələbə qazanan ilk Azərbaycan təmsilçisi olub.

Ağdam təmsilçisi buna UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda “Ferentsvaroş”u 3:1 hesabı ilə məğlub edərək nail olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlki raundlarda İrlandiya “Şelburn”unu 3:0 və 1:0, eləcə də Şimali Makedoniya “Şkendiya”sını 1:0 və 5:1 hesabı ilə üstələməyi bacarıb.

“Qarabağ” bu göstəricidə “Neftçi”nin 2019/2020 mövsümündəki 4 oyunluq rekordunu yeniləyib.

Qeyd edək ki, “Qarabağ” və “Ferentsvaroş” arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

İdman.biz