"Kəpəz"də növbəti müqavilələr - FOTO

Xəbərlər
17 Avqust 2025 18:41
35
"Kəpəz"də növbəti müqavilələr - FOTO

"Kəpəz" yeni mövsüm üçün heyətini komplektləşdirməkdə davam edir.

İdman.biz xəbər verir ki, klub daha 2 futbolçunu - Raul Məmmədovla Elcan Əbilovu heyətinə cəlb edib.

Müdafiəçi mövqeyində oynayan Raulun 21 yaşı var. 20 yaşlı Elcan isə yarımmüdafiəçidir. Hər iki oyunçu mövsümün sonuna kimi icarə əsasında komandanın formasını geyinəcək.

Bundan başqa, bölgə təmsilçisi daha üç futbolçu ilə müqaviləni yeniləyib. Fərid Kələntərov və Arzu Atakişiyevlə 2, Elgün Bayramovla 1 illik anlaşma imzalanıb.

İdman.biz