Lionel Messi 900-cü qoluna yaxınlaşır

Xəbərlər
17 Avqust 2025 14:11
43
Lionel Messi 900-cü qoluna yaxınlaşır

MLS çempionatında "İnter Mayami" "Los Anceles Qalaksi"ni 3:1 hesabı ilə məğlub edib.

İdman.biz xəbər verir ki, bir müddət əvvəl zədəsini sağaltdıqdan sonra meydana çıxan Lionel Messi cəmi 45 dəqiqə ərzində qol vuraraq komandasına qələbə qazandırıb.

Bu, argentinalı ulduzun "İnter Mayami"də 59-cu, karyerasında isə 875-ci qolu olub.

Peşəkar futbola 2005-ci ildə "Barselona"nın heyətində başlayan hücumçu sanki 938 qola imza atan Kristiano Ronaldo ilə rəqabət aparır.

İdman.biz