"Barselona"dan inamlı qələbə, "Valensiya" xal itirib - VİDEO

Xəbərlər
17 Avqust 2025 00:55
160
"Barselona"dan inamlı qələbə, "Valensiya" xal itirib - VİDEO

İspaniya La Liqasında yeni mövsümün 1-ci turunun oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün üç qarşılaşma keçirilib.

Ötən mövsümün çempionu "Barselona" yeni mövsümə "Malyorka" səfərində başlayıb. Erkən qollar vuran kataloniyalılar üstünlüyü sonadək qoruyublar. Meydan sahiblərinin heyətində iki futbolçu qırmızı vərəq ilə cəzalanıb.

İspaniya
La Liqa, 1-ci tur
16 avqust

21:30. Malyorka - Barselona - 0:3
23:30. Valensiya - Real Sosyedad - 1:1
23:30. Alaves - Levante - 2:1

İdman.biz

Məqalədə: