"Turan Tovuz"la gərgin oyun olacaq".
İdman.biz xəbər verir ki, bunu "İmişli"nin futbolçusu Ronaldo Rodrigez de Souza deyib.
27 yaşlı braziliyalı mərkəz müdafiəçisi Misli Premyer Liqasının ilk turunu dəyərləndirib. O, "Turan Tovuz"la oyunöncəsi iddialı danışıb. Souza klubun mətbuat xidmətinə bildirib ki, qarşılaşmada əsas hədəf mövsümə uğurlu start vermək olacaq: "Yaxşı oynamaq və müsbət nəticə qazanmaq üçün hər gün məşq edirik. Komandamıza inanıram və ümidvaram ki, rəqabətə yaxşı start vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik".
Qeyd edək ki, oyun avqustun 16-da Şamaxıda baş tutacaq.
İdman.biz