UEFA Superkubok matçından sonra azərbaycanlı hakimi təltif edib - FOTO

Xəbərlər
14 Avqust 2025 15:09
49
UEFA Superkubok matçından sonra azərbaycanlı hakimi təltif edib - FOTO

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Superkubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirib.

İdman.biz AFFA-ya istinadən xəbər verir ki, oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edib.

İtaliyanın Udine şəhərində yerləşən “Friuli” stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan PSJ Superkubokun sahibi olub.

Elçin Məsiyev bu təyinatla UEFA Superkuboku matçında iştirak edən ilk azərbaycanlı hakim kimi futbol tariximizə düşüb.

Görüşdən sonra o, UEFA tərəfindən xüsusi mükafatla təltif edilib.

İdman.biz