"Sabah"ın "Levski"ni keçmək üçün şansı çoxdur".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında hazırda agent kimi fəaliyyət göstərən sabiq klub funksioneri Ceyhun Sultanov deyib.
O, komandalar arasında bu gün keçiriləcək cavab matçı ilə bağlı fikirlərini bölüşüb: "Səfərdə minimal hesabla məğlub olsalar da, inanıram ki, doğma meydanda lazım olan nəticəni əldə edəcəklər. Sadəcə, qol imkanlarından maksimum istifadə edilməlidir. Bundan istifadə edə bilməsələr, çətinlik çəkəcəklər".
Qeyd edək ki, komandalar arasında Sofiyada baş tutan ilk görüş "Levski"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.biz