Tunis millisinin hücumçusu "Neftçi"yə keçməyə yaxındır

Xəbərlər
14 Avqust 2025 09:04
43
Tunis millisinin hücumçusu "Neftçi"yə keçməyə yaxındır

"Neftçi" klubunun heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

İdman.biz Spor24.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Kiprin "Apollon Limassol" komandasında çıxış edən Ali Youssefla maraqlanır.

Klub rəhbərliyi 25 yaşlı oyunçunun hücum xəttini daha da gücləndirəcəyinə inanır.

Qeyd edək ki, Ali Youssef İsveç və Tunis vətəndaşıdır. Onun "Apollon Limassol"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Mərkəz hücumçusu və vinger mövqeyində çıxış edə bilən futbolçu Tunis seçməsində dörd matçda meydanda olub.

İdman.biz