Şarl Boli: "Araz-Naxçıvan"ın geridönüş edəcəyinə inanırıq"

Xəbərlər
8 Avqust 2025 09:37
49
Şarl Boli: "Araz-Naxçıvan"ın geridönüş edəcəyinə inanırıq"

“Deyildiyi kimi, çətin rəqibə qarşı çətin oyun oldu".

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Şarl Boli evdə Kipr "Omoniya"sına 0:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

26 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, rəqib daha yaxşı çıxış edib: "Bu, futboldur bəzən qalib gəlirsən, bəzən uduzursan. Bundan öyrənirik. Bu, Konfrans Liqasında bizim ilk təcrübəmizdir, ona görə də növbəti oyun üçün təcrübə toplayırıq".

Şotlandiyadan olan oyunçu cavab görüşündə geridönüş edəcəklərinə inandığını bildirib: "Kiprdə nə olacağını görəcəyik, amma inanıram ki, güclü mübarizə aparacağıq. Ümid edirəm ki, komanda daha yaxşı oyun göstərəcək. Geridönüş edəcəyimizə inanırıq. Bu asan olmayacaq, amma inanmalıyıq. Biz bu oyuna yaxşı hazırlaşacağıq və oyundan sonra nə olacağını görəcəyik".

Boli ilk yarıda aldığı zədədən də danışıb: "Düşünürəm ki, bu, kiçik bir zədədır. Sabah müayinə olunacağam və ümid edirəm ki, növbəti oyunda iştirak edə biləcəyəm. Oyundan çıxmağım baş məşqçi ilə bağlı deyildi, sadəcə, oyunda 100% gücümü verə bilməyəcəyimi düşündüyüm üçün özüm qərar verdim. Zədəmlə bağlı bu vəziyyət məni çox əsəbiləşdirdi".

Qeyd edək ki, cavab görüşü avqustun 14-də olacaq.

İdman.biz