"Karvan-Yevlax" futbolçusu ilə müqavilə müddətini uzadıb

Xəbərlər
4 Avqust 2025 16:56
59
"Karvan-Yevlax" futbolçusu ilə müqavilə müddətini uzadıb

"Karvan-Yevlax" futbolçusu ilə müqavilə müddətini artırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi Rəhman Şabanov ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsüm komandanın heyətində 23 oyun keçirib, 14 məhsuldar ötürmə edib və 2 qol müəllifi olub.

İdman.biz