Çempionlar Liqası: “Qarabağ”ın pley-offda potensial rəqibləri bəlli olub - YENİLƏNİB - VİDEO

Xəbərlər
4 Avqust 2025 14:07
172
Çempionlar Liqası: “Qarabağ”ın pley-offda potensial rəqibləri bəlli olub - YENİLƏNİB - VİDEO

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri dəqiqləşib.

Ağdam təmsilçisinin “Şkendiya” ilə duelinin qalibi “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olub.

Komandalar bu mərhələnin ilk matçını avqustun 19-20-də səfərdə, cavab görüşünü bir həftə sonra evdə keçirəcəklər.

***
09:19

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

İdman.biz xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri dəqiqləşəcək.

Ağdam təmsilçisinin “Şkendiya” ilə duelinin qalibi “Bude-Qlimt” (Norveç), “Seltik” (Şotlandiya) klubları və ya “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka), “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) və “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.

Püşkatma saat 14:00-da başlayacaq.

Qeyd edək ki, bu mərhələnin matçları 19-20 və 26-27 avqustda olacaq.

İdman.biz