Zaur Hacı-Məhərrəmova beynəlxalq təyinat

1 Avqust 2025 10:53
223
Zaur Hacı-Məhərrəmova beynəlxalq təyinat

PFL-in icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.

İdman.biz