Lüksemburq millisinin futbolçusu “Neftçi”də - VİDEO

Xəbərlər
30 İyul 2025 11:13
63
Lüksemburq millisinin futbolçusu “Neftçi”də - VİDEO

“Neftçi” Lüksemburq millisinin futbolçusu Alessio Kurçini transfer edib.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, millinin heyətində 15 oyun keçirib, 1 qol vurub.

İdman.biz