“Zirə” Xorvatiyaya yollanıb - FOTO

Xəbərlər
29 İyul 2025 12:26
47
“Zirə” Xorvatiyaya yollanıb - FOTO

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Hayduk”un qonağı olacaq “Zirə” səfərə yola düşüb.

İdman.biz xəbər verir ki, bu barədə Bakı təmsilçisi sosial şəbəkə hesablarında paylaşım edib.

Komanda görüşün keçiriləcəyi Split şəhərinə yollanıb.

Qeyd edək ki, Bakıda keçirilən ilk matç 1:1 hesabı ilə yekunlaşıb. Cavab görüşü iyulun 31-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İdman.biz