Benin yığmasının müdafiəçisi Azərbaycan klubunda

Xəbərlər
29 İyul 2025 11:25
44
Benin yığmasının müdafiəçisi Azərbaycan klubunda

“Sumqayıt” yeni transfer edib.

İdman.biz "sportinfo.az"a istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Abdul Raşid Moumini sıralarına qatıb.

Avropanın bir neçə klubunun maraq dairəsinə düşmüş 20 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Son mövsümü “Ayema”da keçirmiş sağ cinah oyunçusu “Sumqayıt” variantını üstün tutub.

Ötən ilin yayında aldığı təklifləri rədd edən Benin millisinin üzvü 16 oyun keçirib, 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Kimyaçılar“ bu yay 6 nəfərlə güclənib.

Bunlar Pedro Pinto (son klubu “Petro Luanda”, Anqola), Aleksa Yankoviç ("Radniçki", Serbiya), Rauf Rüstəmli ("Sabah"dan icarəyə götürülüb), Aleksandr Ramalinqom (Son klubu "Bney Saxnin", İsrail), Rayan Senhadji (son klubu "Fakel", Rusiya) və Rüstəm Əhmədzadədir (Son klubu "Qarabağ", "Zirə"də icarədə olub).

İdman.biz