"Səbail" 2016-cı ildən mənzilləndiyi "ASCO Arena"dan çıxarılıb.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Az öncə Bayıl qəsəbəsində yerləşən stadiona gələn klubun təmsilçiləri içəri buraxılmayıb. Rəsmilər, işçilər, məşqçi və futbolçular qapı arxasında qaılb.
Onların diqqətinə çatdırılıb ki, AFFA balansında olan qurğunu «Sabah»a uzunmüddətli icarəyə verib və bundan sonra burada «bayquşlar»ın akademiyası fəaliyyət göstərəcək.
Premyer Liqanı tərk edən və gələn mövsümdən I Liqada mübarizə aparacaq "dənizçilər" 20-dən artıq futbolçu ilə müqavilə bağlayıb.
Əslində, qəsəbə təmsilçisi ötən hətfə, konkret desək, iyulun 25-dən yeni sezonun hazırlıqlarına start verməyi planlaşdırırdı.
Lakin keçən dəfə olduğu kimi, bu gün də stadion problemi hadisələrin istiqamətini 180 dərəcə dəyişib. Bu dəfə birdəfəlik.
İdman.biz