Rəhman Daşdəmirov: "Biz sadəcə, ilk hissədə qalib gəlmişik"

Xəbərlər
28 İyul 2025 16:29
37
Rəhman Daşdəmirov: "Biz sadəcə, ilk hissədə qalib gəlmişik"

"Bizi asan səfər gözləmədiyini bilirdik. "Petrokub" ötən il Konfrans Liqasının əsas mərhələsində iştirak etmiş komandadır. Avrokubok təcrübəsi kifayət qədərdir. İlk matçda da bəzi anlarda bizə çətinlik yaratmağı bacardılar. Fikrimcə, vacib qələbə qazandıq".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov deyib.

O, komandasının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldova "Petrokub"unu 0:2 məğlub etməsinə baxmayaraq cütün taleyinin həll olunmadığını bildirib: "Hələ heç nə bitməyib. Bizi daha bir çətin oyun gözləyir. Komandamız çox vacib qələbə qazandı. Biz sadəcə, ilk hissədə qalib gəlmişik. Qarşıda komandamızı daha bir çətin 90 dəqiqə gözləyir. Bu oyunda da var qüvvəmizlə mübarizə apararaq məsələni həll etməliyik. Kollektiv olaraq hər dəfə növbəti oyunumuza köklənir, addım-addım irəliləməyə çalışırıq. İndi yalnız "Petrokubla" cavab matçı barədə düşünürük".

Komandalar arasında cavab görüşü iyulun 31-də Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.

İdman.biz