Millimizin İslandiya və Fransa ilə ev oyunlarının yeri məlum olub

Xəbərlər
28 İyul 2025 11:16
43
Millimizin İslandiya və Fransa ilə ev oyunlarının yeri məlum olub

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da, Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

Qeyd edək ki, hər iki matç saat 21:00-da başlanacaq.

İdman.biz