"Bavariya"dan kolumbiyalı üçün "Liverpul"a 80 milyon avroluq TƏKLİF

Xəbərlər
27 İyul 2025 16:30
30
"Bavariya"dan kolumbiyalı üçün "Liverpul"a 80 milyon avroluq TƏKLİF

"Liverpul"un cinah oyunçusu Luis Diaz yaxın gələcəkdə "Bavariya"ya keçidi rəsmiləşəcək.

İdman.biz "Sky Sports"a istinadən xəbər verir ki, hazırda klublar 28 yaşlı kolumbiyalının transferi ilə bağlı danışıqlar aparır.

"Liverpul" Diazın transferi üçün "Bavariya"ya təxminən 80 milyon avro təklif edib. Hazırda klublar müqavilənin yekun detallarını müzakirə edirlər.

Qeyd edək ki, 2022-ci ilin yanvarından "Porto"dan İngiltərə klubuna keçən Luis Diaz keçirdiyi 148 rəsmi oyunda 41 qol vurub, 23 məhsuldar ötürmə edib.

İdman.biz