Robert Levandovski "Barselona"nı tərk etməsi ehtimalından danışıb

Xəbərlər
27 İyul 2025 10:45
30
Robert Levandovski "Barselona"nı tərk etməsi ehtimalından danışıb

"Bilmirəm. Bu yaşda belə planlar qurmuram".

İdman.biz xəbər verir ki, bunu "Barselona"nın hücumçusu Robert Levandovski İspaniya mətbuatına müsahibəsində mövsümün sonunda klubu tərk etməsi ehtimalını şərh edərkən deyib.

Ulduz futbolçu hər şeyin qaydasında olduğunu vurğulayaraq bildirib ki, indi mövsümdən sonra nə olacağı önəmli deyil: "Əsas odur ki, bu mövsüm nə etmək istəyirəm. Əsas odur ki, içimdə, ürəyimdə və beynimdə hiss etdiyim şeydir. Mən sakitəm. Əvvəlcə görək bu mövsüm nə baş verir".

Qeyd edək ki, ötən mövsüm Levandovski "Barselona"nın heyətində 52 oyun keçirib, 42 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt polşalı hücumçunun qiymətini 12 milyon avro dəyərləndirir.

İdman.biz