Ukraynanın məşhur futbol klubu ciddi maliyyə problemləri ilə üzləşib.
İdman.biz xəbər verir ki, Odessa “Çernomorets”ində işçilərin artıq iki aydan çoxdur maaş almadığı bildirilir.
Klubla bağlı məyusedici xəbərlərdə bildirilir: “Bazada işıqları borca görə kəsiblər. Generatorla işləyirlər. Su da kəsilmək üzrədir. Maaş verilməyib. Tezliklə üç aylıq gecikmə olacaq”.
Bununla belə, "Çernomorets" yeni mövsümə hazırlıqlarını davam etdirir. 2024/25 mövsümündə komanda Ukrayna Premyer Liqasında sonuncu yeri tutaraq Birinci Liqaya düşüb.
Qeyd edək ki, Odessa komandası 1974-cü ildə azərbaycanlı baş məşqçisi Əhməd Ələsgərovun rəhbərliyi ilə sovet dövründə ən böyük nailiyyətinə imza ataraq SSRİ çempionatında 3-cü yeri tutub.
İdman.biz