"Neftçi"nin Çempionlar Liqasında keçirəcəyi matçın hakimləri bəlli olub

Xəbərlər
26 İyul 2025 16:39
54
"Neftçi"nin Çempionlar Liqasında keçirəcəyi matçın hakimləri bəlli olub

"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 4-cü qrupundakı yarımfinal oyununun hakimləri bəlli olub.

İdman.biz xəbər verir ki, "ağ-qaralar"ın Türkiyənin "Fomget" klubuna qarşı keçirəcəyi oyun isveçli baş hakim Hanna Laajanenə həvalə olunub.

Ona yan xətt hakimləri həmyerlisi Yilan Taher və belçikalı Marqot Yakobs yardım edəcək. Dördüncü hakim funksiyasını belçikalı Yana Van Laere yerinə yetirəcək. Hakim-inspektor uelsli Çeril Foster, UEFA nümayəndəsi isə gürcüstanlı Bakar Jordaniya olacaq.

Qeyd edək ki, iyulun 30-da Albaniyanın paytaxtı Tiranadakı "Ştepia" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

İdman.biz