Hazırda Polşada təlim-məşq toplanışında olan “Neftçi”nin düşərgəsinə yeni legioner qoşulub.
İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, bu, bosniyalı qapıçı Kenan Piriçdir.
30 yaşlı qolkiper tezliklə tibbi müayinədən keçəcək. Ortaya hər hansı problem çıxmasa, “Neftçi” Periçlə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Bosniya və Herseqovinadan olan qolkiper karyerasına vətənində, “Qradina”da başlayıb. Daha sonra o, müxtəlif illərdə “Gent” (Belçika), “Sloboda Tuzla” (Bosniya və Herseqovina), “Jrinski Mostar” (Bosniya və Herseqovina), “Maribor” (Sloveniya), “Atromitos” (Yunanıstan), “Göztepe” (Türkiyə) və AEK (Kipr) klublarında çıxış edib. Son olaraq isə Periç “Alanyaspor”da forma geyib. 2024-cü ildən şərəfini qoruduğu Superliqa təmsilçisinin heyətində Periç 30 matça çıxıb.
Kenan Piriç 2008-ci ildən Bosniya və Herseqovina millisinə dəvət alır. O, yığmada 8 görüşdə forma geyib.
İdman.biz