"Kəpəz" klubunda struktur DƏYİŞİKLİYİ

Xəbərlər
25 İyul 2025 16:08
63
"Kəpəz" klubunda struktur DƏYİŞİKLİYİ

"Kəpəz" klubunda struktur dəyişikliyi həyata keçirilir".

İdman.biz xəbər verir ki, bunu "Report"a Gəncə təmsilçisinin Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov bildirib.

O, bu prosesin tezliklə başa çatacağını söyləyib: "Klubumuzda struktur dəyişikliyi həyata keçirilir. Namiq Qədirov klubdan ayrılsa da, ötən mövsüm olduğu kimi, yeni mövsümdə də "Kəpəz"ə dəstəyini əsirgəməyəcək. Onun əvəzinə Adil Vəliyev klubun İdarə Heyətinin sədri təyin olunacaq. Fərman Əlizadə hazırda İdarə Heyətinin üzvüdür və ümumi işlərə nəzarət edir. Erkin İbrahimov da İdarə Heyətinin üzvüdür. O, seleksiya və əsas komandanın formalaşması ilə məşğuldur. Afiq Süleymanov isə İdarə Heyətinin üzvü kimi qalır. Struktur dəyişilikləri tam başa çatdıqdan sonra klub tərəfindən rəsmi açıqlama veriləcək".

Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünü 9-cu pillədə başa vurmuşdu.

İdman.biz