Rüfət Abdullazadənin Xorvatiya klubuna transferi rəsmiləşib

Xəbərlər
24 İyul 2025 16:44
76
Rüfət Abdullazadənin Xorvatiya klubuna transferi rəsmiləşib

Xorvatiyanın “Varazdin” komandası azərbaycanlı futbolçu Rüfət Abdullazadənin transferini rəsmən açıqlayıb.

İdman.biz klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

Rüfət “Varazdin”ə keçidi ilə bağlı fikirlərini bölüşüb: "Varazdin"ə qoşulduğum üçün çox şadam. Bu, karyeramda mühüm addımdır və öz töhfəmi vermək üçün tam motivasiyam var. İnanıram ki, burada bir oyunçu kimi irəliləyə bilərəm. Klub, şəhər və insanlar haqqında ilk təəssüratlarım son dərəcə müsbətdir. Göstərilən etimada görə minnətdaram və yeni çağırışa hazıram".

Qeyd edək ki, son olaraq “Səbail”də çıxış edən Abdullazadə karyerası ərzində "Sumqayıt" klubunda da oynayıb.

İdman.biz