Avropa Liqası: “Beşiktaş”a İstanbulda ağır zərbə

Xəbərlər
25 İyul 2025 00:58
93
Avropa Liqası: “Beşiktaş”a İstanbulda ağır zərbə

Avropa Liqasında II təsnifat mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 qarşılaşma keçirilib.

Günün azərbaycanlı azarkeşlər üçün maraqlı oyunu Türkiyədə baş tutacaq. İstanbulda “Beşiktaş” sabiq “Qalatasaray”lı Arda Turanın baş məşqçisi olduğu Donetsk “Şaxtyor”unu qəbul edib. Məhsuldar keçən qarşılaşmada qapılara 6 qol vurulub. Ukrayna təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.

"Sabah"ı mübarizədən kənarlaşdıran "Selye" öz meydanında AEK-in (Kipr) müqavimətini qıra bilməyib.

Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
24 iyul

21:00. “Ostrava” (Çexiya) - “Legiya” (Polşa) - 2:2
21:00. "Şerif" (Moldova) - “Utrext” (Niderland) - 1:3
21:30. "Levski" (Bolqarıstan) - “Braqa” (Portuqaliya) - 0:0
21:30. “Midtyullan” (Danimarka) - “Hibernian” (Şotlandiya) - 1:1
22:00. “Anderlext” (Belçika) - “Hakken” (İsveç) - 1:0
22:00. “Beşiktaş” - “Şaxtyor” (Donetsk, Ukrayn) - 2:4
22:00. "Selye" (Sloveniya) - AEK (Kipr) - 1:1
22:30. “Luqano” (İsveçrə) - ÇFR Kluj (Rumıniya) - 0:0

İdman.biz