Asim Xudiyev Konfrans Liqası oyununda

Xəbərlər
21 İyul 2025 18:15
53
Asim Xudiyev Konfrans Liqası oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat yayılıb.

O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Sutyeska” (Monteneqro) – “Beytar” (İsrail) görüşünün hakim-inspektoru olacaq. Qarşılaşma Nikşiç şəhərinin eyniadlı stadionunda baş tutacaq.

İdman.biz