Veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu - FOTO

Xəbərlər
21 İyul 2025 10:24
57
Veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu - FOTO

Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəstəyi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı ilə Milli Mətbuat Gününün 150 illiyinə həsr olunan yoldaşlıq oyunu keçirilib.

İdman.biz xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan görüşdə ölkə futbolunun veteranları ilə idman jurnalistlərindən ibarət komanda qarşılaşıb.

Tədbirdə tanınmış jurnalistlər, veteran futbolçular və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, oyun mətbuat və idman sahələri arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb.

İdman.biz