"Sumqayıt"la müqaviləsi bitən Sərtan Taşkın karyerasını Türkiyədə davam etdirəcək.
İdman.biz xəbər verir ki, 27 yaşlı futbolçu Türkiyə 1-ci Liqasına yüksələn "Serik Belediyespor"un formasını geyinəcək.
Taşkınla 1 il müddətinə müqavilə bağlanıb.
Qeyd edək ki, millimizin də formasını geyinmiş futbolçu 2024-cü ildə Türkiyədə "Manisa"da çıxış edib.
İdman.biz