"Sumqayıt" klubunun keçmiş futbolçusu Nicat Muxtarovun atası – 53 yaşlı Asif Muxtarov faciəvi şəkildə həlak olub. O, Xəzər dənizində boğulub.
İdman.biz-in APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.
Hadisə ilə bağlı rəsmi araşdırma başladılıb.
Qeyd edək ki, bu günlərdə "Zirə" klubunun gənc futbolçusu Fərid Şahverdiyev də Xəzər sahilində faciəvi şəkildə həyatını itirmişdi.
İdman.biz