İspaniyalı Türkiyədə: "Atletiko"dan "Trabzonspor"a

Xəbərlər
20 İyul 2025 18:26
50
İspaniyalı Türkiyədə: "Atletiko"dan "Trabzonspor"a

Saul Niges "Atletiko"dan ayrılır.

İdman.biz xəbər verir ki, insayder Fabrizio Romanonun məlumatına görə, yarımmüdafiəçi Madrid klubu ilə müqaviləsini pozaraq "Trabzonspor"a keçəcək.

Türkiyə klubunun Saulun transferini gələn həftə rəsmi olaraq elan edəcəyi bildirilir.

Jurnalist Yağız Sabuncuoğlunun dəqiqləşdirməsinə görə, ispaniyalı futbolçunun "Trabzonspor"la müqaviləsi 4 il müddətinə nəzərdə tutulub.

Saul 2008-ci ildən "Atletiko"nun sistemində idi. Klubla birlikdə 6 kubok qazanıb, o cümlədən La Liqa, Avropa Liqası (2 dəfə) və UEFA Superkuboku qalibi olub. 30 yaşlı ispaniyalı 2024/25 mövsümündə icarə əsasında "Sevilya"da çıxış edib.

İdman.biz