"Qarabağ"ın keçmiş qapıçısı Asmir Beqoviç karyerasını "Lester"də davam etdirə bilər.
İdman.biz xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir.
38 yaşlı bosniyalı 2019/20 mövsümündə icarə əsasında "Qarabağ"ın qapısını qoruyub.
O, həmçinin "Çelsi", "Milan", "Everton" kimi komandalarda da çıxış edib.
Qeyd edək ki, Beqoviç 2009-2020-ci illərdə Bosniya və Herseqovina millisində 63 oyun keçirib.
İdman.biz