İspaniyalı yarımmüdafiəçi: “Turan Tovuz”a gəlməyimdə Berdıyevin də rolu oldu” - MÜSAHİBƏ

Müsahibə
19 İyul 2025 18:43
49
İspaniyalı yarımmüdafiəçi: “Turan Tovuz”a gəlməyimdə Berdıyevin də rolu oldu” - MÜSAHİBƏ

“Turan Tovuz”un yeni transferi, ispaniyalı yarımmüdafiəçi Roberto Olabenin Futbolinfo.az saytına müsahibəsi

– Hazırlıqlar necə gedir və yeni mövsümə necə hazırlaşırsız?

– Hər şey qaydasındadır. Yaxşı gedir.

– “Turan Tovuz”a keçidin necə alındı və burada hədəflərin nədir?

– Karyeramı ölkəmdən kənarda davam etdirmək istədim. Bu, oyunumu inkişaf etdirmək üçün yaxşı imkandır. Məqsədim komandanın inkişafına yardım etməkdir.

– Baş məşqçiniz Kurban Berdıyev kifayət qədər tanımış adamdır. Tovuz klubuna keçiddə onun adının rolu oldu?

– Bəli, kifayət qədər tanınmış məşqçidir və komandanı yüksək səviyyəyə çatdıracaq. Komandaya və məşqçiyə güvənməyim bura gəlməyimdə əsas rol oynadı.

– Azərbaycan çempionatı sənə necə görünür və burada uğurlu ola biləcəyini düşünürsən?

-Çox rəqabətli çempionatdır və rəqabət getdikcə daha da artır. Komandanın məqsədlərinə çatmağı üçün çox çalışacam.

– Təklif gələndə Azərbaycanda oynamış hər hansı ispan futbolçu ilə danışdın?

– Heç kimlə danışmamışam.

– “Qarabağ”da Miçel Madera, Xaime Romero kimi məşhur ispanlar oynayıb. Onları tanıyırsan?

– Azərbaycan yığmasının üzvü Eddi İsrafilovla ilə bir yerdə oynamışam. Bilirəm ki, 3 mövsüm bu çempionatda oynayıb. Əla futbolçudur. Miçel və Xaime ilə oynamamışam, ancaq tanıyıram.

İdman.biz