"Sky Sports" futbol tarixinin ən yaxşı oyunçusunu müəyyənləşdirib

Xəbərlər
19 İyul 2025 15:55
58
"Sky Sports" futbol tarixinin ən yaxşı oyunçusunu müəyyənləşdirib

Nüfuzlu "Sky Sports" futbol tarixinin ən yaxşı oyunçusunu müəyyənləşdirmək məqsədilə sorğu keçirib.

İdman.biz xəbər verir ki, səsvermədə təxminən yarım milyon respondent iştirak edib.

Sorğuda birinci yeri Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo tutub. O, səslərin 36 faizini qazanıb.

İkinci yerdə ondan az fərqlə geri qalan ABŞ-nın "İnter Mayami" klubunun və Argentina millisinin ulduzu Lionel Messi (35%) qərarlaşıb.

Üçüncü pillədə onun həmyerlisi, əfsanəvi Dieqo Maradona yer alıb. İlk "dördlüy"ü isə braziliyalı Pele tamamlayıb.

İdman.biz