“Qarabağ”da ayrılıq

18 İyul 2025 16:38
353
“Qarabağ”da ayrılıq

“Qarabağ” Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ilin yanvarında “Qarabağ”a keçən Rüstəm Ağdam klubu ilə heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.

İdman.biz