"Qarabağ" - “Şelburn” oyununun biletləri bu gün satışa çıxarılır - QİYMƏTLƏR

Xəbərlər
18 İyul 2025 11:06
47
"Qarabağ" - “Şelburn” oyununun biletləri bu gün satışa çıxarılır - QİYMƏTLƏR

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şelburn” (İrlandiya) oyununun biletləri iyulun bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

İdman.biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edəcək.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar.

İdman.biz