"Qarabağ"ın yeni anlaşdığı oyunçu Bakıya gəlib

Xəbərlər
17 İyul 2025 11:21
66
"Qarabağ"ın yeni anlaşdığı oyunçu Bakıya gəlib

“Qarabağ” növbəti transfer çalışmasını yekunlaşdırıb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Semmi Mmae ilə anlaşıb.

Zaqreb “Dinamo”sunun stopperi artıq Bakıdadır.

Mərakeş əsilli belçikalı bu gün tibbi baxışdan keçəcək. Sağlıq durumunda bir problem aşkarlanmasa, günün ikinci yarısında rəsmi açıqlama veriləcək.

28 yaşlı mərkəz müdafiəçisi ötən yay “Dinamo”ya Macarıstan “Ferentsvaroş”undan azad agent kimi keçib.

“Gent”in yetirməsi Belçikada, həmçinin “Standard” və “Sent Trüden”in şərəfini qoruyub.

Niderland “Maatstrixt”ində də oynayan Mmaenin zaqreblilərlə 2028-ci ilin yayınadək müqaviləsi var. Onun transfer dəyəri 400 min avrodur.

Mmae artıq bir dəfə Bakıda olub. O, 2022-ci il avqustun 3-də “Qarabağ”ın “Ferentsvaroş”la heç-heçə (1:1) etdiyi görüşdə qonaqların start heyətində meydana çıxıb.

İdman.biz