Konfrans Liqası: "Larne" Latviyada mərhələ adlayıb

Xəbərlər
16 İyul 2025 23:10
155
Konfrans Liqası: "Larne" Latviyada mərhələ adlayıb

Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşmalarına start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib.

Latviyada "Auda" və "Larne" qarşılaşıb. Komandalar ilk oyunda olduğu kimi bu dəfə də qalibi müəyyən etməyiblər. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Yekunda qalib penalti seriyasında müəyyənləşib və daha dəqiq olan Şimali İrlandiya təmsilçisi mərhələ adlayıb.

UEFA Konfrans Liqası
16 iyul
I təsnifat mərhələsi, cavab oyunları
23:00. “Auda” (Latviya) – “Larne” (Şimali İrlandiya) - 2:2, ə.v. 0:0, pen. 2:4

İlk oyun: 0:0

Qeyd edək ki, mərhələnin digər matçları sabah keçiriləcək. Azərbaycanı bu yarışda təmsil edəcək "Zirə" ilə "Araz-Naxçıvan" isə mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq.

İdman.biz