Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün üçüncü yoxlama oyununa çıxıb.
İdman.biz xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı yerli “Çorum”la qarşılaşıb.
Oyun komandamızın qələbəsi ilə yekunlaşıb. Fasilədən sonra iki dəfə fərqlənən "Zirə" üstünlüyünü sonadək qoruyub.
Yoxlama oyunu
15 iyul
17:00. “Zirə” - “Çorum” (Türkiyə) - 2:0
Qollar: Abdul Aziz Batibie, 60. Şahmar Aşurov, 71
Fanatik Tur Meydançaları
Qeyd edək ki, "Zirə" daha əvvəl Türkiyədə yerli "Ankara Keçiörengücü"nə (2:1) və İordaniya "Əl-Hüseyin"inə (1:0) qalib gəlib. Bakıda isə “Qarabağ”a 0:4 hesabı ilə uduzub.
İdman.biz