“Turan Tovuz” üçün daha bir rəqib

Xəbərlər
14 İyul 2025 11:25
42
“Turan Tovuz” üçün daha bir rəqib

“Turan Tovuz”un Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı məlum olub.

İdman.biz xəbər verir ki, Tovuz təmsilçisi Türkiyə I Liqa təmsilçisi “Çorum”la qarşılaşacaq.

Matç iyulun 19-da olacaq.

Qeyd edək ki, “Turan Tovuz” iyulun 29-da Təbriz “Traktor”u ilə də oynayacaq.

İdman.biz