Kamal Bayramov: " Şərtlərdə razılaşa bilmədik, bu qərarı verdik"

Xəbərlər
13 İyul 2025 10:10
41
Kamal Bayramov: " Şərtlərdə razılaşa bilmədik, bu qərarı verdik"

Mövsümün sonunda karyerasını başa vuran "Şamaxı"nın qapıçısı Kamal Bayramov klubdan ayrılıb.

İdman.biz xəbər verir ki, bu barədə məlumatı Sport24.az-a açıqlamasında veteran qolkiperin özü verib.

O bildirib ki, "Şamaxı" ilə danışığıqları olub: "Bildiyiniz kimi, orada daha çox qapıçılar üzrə məşqçi kimi çalışırdım. Ayxan müəllimlə ümumilikdə 8 il birlikdə işləmişik. Şərtlərdə razılaşa bilmədik, bu qərarı verdik. Hazırda istirahət edirəm. Heç bir klubla danışığımız olmayıb".

Qeyd edək ki, Bayramov bu ilin yanvar ayından "Şamaxı"nın formasını geyinirdi. O, 2020-2022-ci illərdə də "Şamaxı"da oynayıb. Qolkiper karyerası ərzində "Turan Tovuz", "Səbail", "Zirə", AZAL, "Araz-Naxçıvan", "Rəvan", "Xəzər Lənkəran", "Muğan" və "Neftçi"də də çıxış edib.

İdman.biz