"Barselona"nın və Portuqaliya millisinin sabiq vingeri Rikardo Kuarejma Rusiya Media Liqasında çıxış edə bilər.
İdman.biz xəbər verir ki, "Mash na sporte"nin məlumatına görə, "SyndEkat" komandası 41 yaşlı futbolçuya yüksək məbləğdə təklif göndərib.
Kuarejma ilkin razılığını verib və ailəsinin də köçməsi üçün şəraitin yaradılmasını xahiş edib. Yaxın günlərdə Kuarejma ilə Ural klubunun nümayəndələri arasında daha bir görüş keçiriləcək.
Kuarejmanın futbolçu kimi son komandası 2022-ci ilin yayında ayrıldığı "Vitoria Gimaraeş" olub.
Qeyd edək ki, Portuqaliya millisində 80 oyuna 10 qol vuran Kuarejma 2016-cı ildə Avropa çempionu olub. O, həmçinin "İnter"in heyətində Çempionlar Liqasının qalibi və ikiqat İtaliya çempionudur.
İdman.biz